Accessibility links

Onlayn geyim satan mağazalar malların geri qaytarılmasının qarşısını almağa çalışır


Onlayn geyim satan mağazalar malların geri qaytarılmasının qarşısını almağa çalışır
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Adidas, Benetton və Gap kimi brendlərin geyimlərini test edən modellər deyir ki, onların geyinib yoxladıqları ayaqqabı və geyimlərin təxminən üçdə biri üzərində yazılan ölçüdən böyük ya da balacadır. Bu da onlayn məkanda alınan geyim və ayaqqabıların nə üçün geri qaytarıldığını izah edir.

Ölçülərin daha dəqiq hesablanması Almaniyanın Zalando və Britaniyanın ASOS kimi şirkətlərinə baha baş gələn malların geri qaytarılmasının qarşısını ala və müştəri məmnuniyyətini artıra bilər.

Onlayn alış-veriş
Onlayn alış-veriş

Zara və H&M kimi geyim şirkətləri onlayn müştərilərə ölçü ilə bağlı məsləhət verən softveyr təqdim edib. Müştərilər boy və çəkilərini yazır və bu məlumat alınan və geri qaytarılan mallarla bağlı məlumatlarla müqayisə olunaraq, müştərilərə ölçü ilə bağlı tövsiyyələr edilir.

BodyBlock adlı texnologiya şirkətinin apardığı rəy sorğusunun nəticəsinə əsasən, bayram mövsümündə amerikalıların təxminən yarısının geyimləri ölçü səbəbilə geri qaytaracaqları gözlənilir.

Avropanın ən böyük onlayn pərakəndə geyim satan Zalando şirkəti yeni stilləri yoxlayan modellərdən aldıqları rəylər əsasında topladığı məlumatların sayını artırır. Modellər geyim və ayaqqabıların təxminən 30 fazinin ya çox çöyük ya da balaca olduğunu söyləyir.

Geri qaytarılan mallar Zalando üçün böyük problemdir, çünki alınan malların demək olar yarısı geri göndərilir. Onlayn alış-veriş və malların pulsuz geri qaytarılması o deməkdir ki, daha çox müştəri istəmədiyi malları geri göndərir.

Geri qaytarılan mallar Zalando üçün üçüncü rübdə böyük itkilərə səbəb olub və nəticədə şirkət aksiyalarını satmağa başlayıb. Bu isə onun Çin nəhəngi Alibaba tərəfindən alınacağına dair spekulyasiyalara gətirib çıxarıb.

Zalandonun ölçü departamentinin başçısı Stasia Kar deyir ki, material və dizaynda dəyişikliyin böyük təsiri ola bilər. O qeyd edir ki, nəhəng cins şirkəti dizaynını dəyişəndən sonra ölçü səbəbilə malların geri qaytarılmasında böyük azalma qeydə alınıb.

Mağaza
Mağaza

Modellər gündə 120 ayaqqabını yoxlayıb, ayaqqabının içini xüsusi xətkeş vasitəsilə ölçüb, daban, barmaq və topuq hissələrinin ayaqlarına necə oturduğunu, eləcə də ayaqqabının keyfiyyəti və qoxusunu yoxlayır.

Kar deyir ki, ölçü problemini həll etmək Rubik kubunu çözməyə bənzəyir, çünki çox sayda dəyişən amil var.

Pərakəndə satıcılar deyir ki, alınan malların geri qaytarılması onlayn kommersiyadakı sürətli inkişafın qaçılmaz hissəsidir.

XS
SM
MD
LG