Accessibility links

ABŞ investisiyası: Azərbaycan, Gürcüstan və Ermənistan


ABŞ hökumətinin nəzərini əks etdirən baş məqalədə deyilir ki, Hökumətin Xarici İnvestisiya Korporasiyasının (OPIC) rəhbəri Devid Bohiqian ABŞ hökumətinin digər rəsmiləri ilə Ermənistan, Azərbaycan və Gürcüstana səfər edib. Məqsəd ABŞ investisiyasının o ölkələrdə təbliği olub.

OPIC ABŞ hökumətinin Mliyyə inkişafı təsisatıdır. Bu təşkilat özəl investisiyalar vasitəsi ilə inkişaf maneələrinin aradan qaldırılması ilə yanaşı, ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik prioritetlərini təbliğ edir.

Avqustun 14-də ABŞ nümayəndə heyəti Ermənistanda o ölkənin iqtisadiyyat və investisiya naziri Artsvik Minasyanla görüşüb.

“OPIC güclü standartlar və şəffaflıq yolu ilə korrupsiyanın aradan qaldırılmasını nəzərdə tutan layihələrlə müstəqil Ermənistanın sabitliyini möhkəmləndirmək istəyir”- deyə, Bohiqian bildirib.

Avqustin 15-də Gürcüstabın baş naziri Mamuka Baxtadze ilə görüşən Hökumətin Xarici İnvestisiya Korporasiyasının rəhbəri deyib ki, OPIC-n yatırımları Gürcüstan xalqının rifah halının yaxşılaşdırılması və imkanlarının genişləndirilməsinə yardım edir. O, layihələrin şəffaflıq, sabitlik, keyfiyyət və yerli icmaların mənafeyinə xidmət etdiyini bildirib.

Avqustun 16-da nümayəndə heyəti Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, “AzPromo” İnvestisiyaların Təşviqi Fondunun direktoru Fuad Cəfərov və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Administrasiyasının rəhbəri Şamil Suleymanlı ilə görüşüb. Heyət ayrıca Amerika biznes liderləri ilə də görüş keçirib.

"OPIC təbii resurslara, enerji və infrastruktur layihələrinə yönəlmiş investisiyalar vasitəsilə Azərbaycanı və onun xalqını dəstəkləməyə çalışır", vitse-prezident Bohiqian deyib.

OPIC indiyədək Qafqaza 168 milyon dollar sərmayə qoyub.

ABŞ Azərbaycan, Ermənistan və Gürcüstanla bərabər OPIC-in xidmətləri vasitəsi ilə dünyanın 160-dan çox dövlətinə sərmayə yatızdırmaq istəyən yeni və inkişafda olan bizneslər üçün mövcuddur.

XS
SM
MD
LG