Accessibility links

Orakzayda 19 yaraqlı öldürülüb


Pakistanın hərbi təyyarələri ölkənin şimal-qərbində taliban yaraqlılarının mövqeyini bombardman edib

Pakistanın hərbi təyyarələrinin ölkənin şimal-qərbində taliban yaraqlılarının mövqeyini bombardman etməsi nəticəsində azı 19 yaraqlı öldürülüb. Rəsmilər deyirlər ki, bu gün həyata keçirilən hava hücumları Əfqanıstanla həmsərhəd olan qəbilələrin yaşadığı Orakzayda baş verib. Xarici müxbirlərin regiona səfərlərinə qoyulmuş məhdudiyyətlərə görə rəsmilərin yaraqlıların verdiyi itgilərlə bağlı məlumatı müstəqil mənbələr tərəfindən təsdiq etməsi mümkün olmayıb. Mart ayından bəri Pakistanın hərbi qüvvələri yaraqlıların istehkamı sayılan Cənubi Vəziristanın Orakzay şəhərində geniş miqyaslı hərbi əməliyyat həyata keçirir.

XS
SM
MD
LG