Accessibility links

İordaniya kralı İsrailin müdafiə naziri Ehud Barakı qəbul edib


İordaniya kralı İkinci Abdulla İsrail ilə Fələstinlər arasında birbaşa sülh danışıqlarının müzakirəsi məqsədi ilə Əmmandakı sarayında İsrailin müdafiə naziri Ehud Barakı qəbul edib.

İordaniya kralı İkinci Abdulla İsrail ilə Fələstinlər arasında birbaşa sülh danışıqlarının müzakirəsi məqsədi ilə Əmmandakı sarayında İsrailin müdafiə naziri Ehud Barakı qəbul edib. Ehud Barak krala deyib ki, İordaniya israillilər və fələstinlilərin biri-birilə anlaşmasına yardım etmək üçün mühüm mövqe tutur. Görüş zamanı İkinci Abdulla Yaxın Şərqdə sülhə nail olmaq üçün hər iki ölkə, region və dünyanın strateji marağında olan Yaxın Şərqdə sülh əldə edilməsinə dair mövqeyinin dəyişmədiyini bildirib. İsrailin baş naziri Benyamin Netanyahu və fələstinlilərin prezidenti Mahmud Abbas cümə axşamı 2008-ci ildən bəri ilk dəfə olaraqVaşintonda birbaşa danışıqlarda iştirak edəcək.

XS
SM
MD
LG