Accessibility links

Orlando faciəsi prezidentliyə namizədlərin gündəmində [Video]


Orlando faciəsi prezidentliyə namizədlərin gündəmində
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Orlando faciəsi prezidentliyə namizədlərin gündəmində

Bazar günü Florida ştatının Orlando şəhərində Amerika tarixində ən qanlı kütləvi silahlı hücum prezidentliyə namizədlərin seçki kampaniyalarında əsas müzakirə məsələsinə çevrilib. Hər iki partiyanın ehtimali namizədi bu faciəyə münasibətini bildirib.

Mən seçilsəm, Birləşmiş Ştatlar, Avropa və ya müttəfiqlərimizə qarşı terror tarixi olan ölkələrdən immiqrasiyanı dayandıracam.
Donald Tramp

Orlandodakı silahlıı hücumdan sonra prezidentliyə Respublikaçılar partiyasının ehtimali namizədi Donald Tramp Nyu Hempşirdə çıxış edib və müsəlmanların Amerikaya daxil olmasına müvəqqəti qadağa qoyulması planının yeni versiyasını irəli sürüb.

“Mən seçilsəm, Birləşmiş Ştatlar, Avropa və ya müttəfiqlərimizə qarşı terror tarixi olan ölkələrdən immiqrasiyanı dayandıracam. Biz, əksəriyyəti bu vəhşi qatil kimi planları olan minlərlə insanın ölkəyə axınına icazə verə bilmərik,” deyə o bildirib.

Tramp çıxışı zamanı həmçinin prezident Barak Obama və Demokrat partiyasının ehtimali namizədi Hillari Klitonu Birləşmiş Ştatları hücum təhlükəsi qarşısında zəif mövqedə qoyan siyasət yürütməkdə ittiham edib.

“Klinton radikal islamçı terrorçuların ölkəyə daxil olmasına icazə vermək istəyir. Onlar qadınları əsarət altına alır, homoskesualları öldürür. Mən onları bizim ölkəmizdə görmək istəmirəm,” deyə Tramp bildirib.

Orlando hücumunu törədən Ömər Mətin
Orlando hücumunu törədən Ömər Mətin

Öz növbəsinə isə Klinton Klivlenddə çıxış edərək, Orlando qətliamından sonra milli birliyə dair çağırışlar edib:

“Bu, amerikalılar üçün bir araya gəlmə vaxtıdır. Bu cür hücumlara bir neçə dəfə məruz qalmağımıza baxmayaraq, dəhşət hissi azalmır.”

Klinton silahlara nəzarətə dair daha çox tədbirin görülməsi haqda danışaraq, təkbaşına hərəkət edən bu kimi terrorçuları prioritet məsələyə çevirəcəyini deyib. O həmçinin Trampın müsəlmanlara qadağa ilə bağlı şərhlərinə də toxunub.

“Biz bu icmaları təcrid etməməliyik, əksinə onlarla əlaqələri artırmalıyıq,” deyə o bildirib.

Orlando qətliamının qurbanları
Orlando qətliamının qurbanları

Orlando hücumu prezident seçki kampaniyasında diqqəti terror təhlükəsi məsələsinə yönəldib. Eyni zamanda, Trampın daha öncə müsəlmanların ölkəyə daxil olmasına qadağa haqda təklifi də yenidən diqqət mərkəzindədir.. Bu isə bəzi Respublikaçılar arasında Trampın ümumi seçkilərdə ziddiyət yaradan namizəd olacağı ilə bağlı narahatlıq doğurur.

“O, dəyişkən bir namizəddir. Bəzən partiyaya daha yaxın olur, respublikaçı isteblişmentlə sülh içində olur, amma bəzən də onun şərhləri yenidən problem yaratmağa başlayır. Ona görə də məncə, Donald Tramp bundan sonra da dəyişməyəcək,” deyə təhlilçi Con Foriter bildirib.

Ən son rəy sorğuları xarici siyasət məsələlərində Klintonun böyük üstünlüyə malik olduğunu göstərir. Amma bəzi sorğuların nəticələrinə əsasən, insanlar İslam Dövləti təhlükəsi ilə mübarizədə Trampın daha sərt mövqe tutacağını düşündüyünə inanır.

XS
SM
MD
LG