Accessibility links

Oskara layiq görülməyən Leonardo Dikaprionu məhkəməyə veriblər


Leonardo Dikaprionun Oskar mükafatına layiq görülməməsi ətrafında internetdə lətifələr yayılıb.

O, üçüncü dəfədir ki, ən yaxşı aktyor kateqoriyasında və “What’s Eating Gilbert Grape” filmində ən yaxşı tərəf müqabili və “Wall Street Canavarı” filmində oynadığı rolu da nəzərə alsaq beşinci Oskar mükafatına nominasiya edilib.

Qızıl Qlobus, BAFTA, Kritiklərin Seçimi, Ekran Aktyor Gildiyası və Oskar mükafatlarını bir araya gətirsək, 31 dəfə mükafata nominasiya edilən Dikaprio cəmi 3 dəfə yüksələ bilib.

Sonuncu Oskar mükafatı mərasimində rejissor Martin Skarsezi Dikaprioya nə isə deyirdi. Ola bilsin ki, ona təsəlli verərək, özünün yüksəlməzdən əvvəl altı dəfə uğursuzluğa dücar olduğunu deyib.

Hər halda vəziyyət o qədər də pis deyil. Qüssələnmək lazım deyil.

Ötən həftədən bəri Leonardo Dikaprionun işi heç gətirmir. Oskar qalibi olması bir kənara qalsın, aktyoru məhkəməyə veriblər.

Filmin prodüssorlarından biri olan Dikaprio “Sobadan” filmində dağlıq ərazilərdə yaşayanları geridə qalmışlar kimi təsvir etdiyinə görə aktyorun adı məhkəmədə hallanıb.

Radaronline-a istinadən Nyu-Cersi ştatının 8 qəbilə üzvü filmdə qeyri-obyektiv təsvir edilib və onlar emosional çətinlikdə olduqları göstərilir.

Onlar Kristian Beyl və Vudi Harrelson çəkildiyi filmdə onalrın mənfi obraz kimi təsvir edildiyini və bunun icmalarına mənfi təsir göstərdiyini deyir.

Dikaprionun nümayəndələri hələlik məsələyə münasibət bildirməyib. İddiaçılar məhkəmə heyətinin cərimənin məbləğini müəyyən etməsini istəyir.
XS
SM
MD
LG