Accessibility links

Oskar nominantı aktyor Maykl Klark Dankan vəfat edib


Oskar nominantı aktyor Maykl Klark Dankan 54 yaşında vəfat edib.

Dankan infarkt keçirdikdən iki ay sonra, Los Anceles xəstəxanasında dünyasını dəyişib.

Cüssəli və qalın səsə malik Dankan 1999-cu ildə çəkilmiş Yaşıl Mil filmində yaratdığı ölümə məhkum edilmiş və sehirli qüvvəyə malik olan məhbus obrazına görə ən yaxşı tərəf müqabili kateqoriyasında Oskara nominasiya edilib.

Bundan sonra Dankan The Scorpion King, Daredevil,The Whole Nine Yards filmlərində rollar ifa edib.

Əslən Çikaqodan olan Dankan aktyor olmazdan öncə xəndəkqazan və cangüdən işləyib.
XS
SM
MD
LG