Accessibility links

Aktrisa Luiz Reyner 104 yaşında vəfat edib


Bir-birinin ardınca iki dəfə Oskar mükafatı alan beş kino ustasından birincisi, Hollivud aktrisası Luiz Reyner 104 yaşında Londondakı evində vəfat edib.

Onun qızı Reynerin pnevmoniyadan əziyyət çəkirdiyini bildlirib.

Əslən avstriyalı Reyner 1936-cı ildə “The Great Ziegfeld” və bir il sonra “The Good Earth” filmindəki rollarına görə bir-birinin ardınca iki dəfə Oskar mükafatı aldıqdan sonra Hollivudun ən parlaq ulduzuna çevrilib.

Lakin Reyner studio rəhbərliyi onun çəkilmək istədiyi filmlərdə iştirakına imkan vermədikdə gəlirli müqaviləni rədd edərək Hollivudu tərk edib.

Reynerin aktrisa kimi karyerasının böyük hissəsini Avropada qurub, Britaniya filmlərində və Amerikanın bəzi filmləri və tele şoularında iştirak edib.

Bir-birinin ardınca Oskar mükafatı alan digər aktyorlar və aktrisalar Tom Hanks, Katrin Hepbörn, Ceyson Robards və Spenser Treysidir.

XS
SM
MD
LG