Accessibility links

Qlobal Öyrənmə Müsabiqəsi [Video]


Qlobal Öyrənmə Müsabiqəsi
please wait

No media source currently available

0:00 0:02:22 0:00

İnkişaf etmiş ölkələrdə rəqəmlərin mobil əlavə ilə öyrənilməsi yeni bir şey deyil.

Amma Tanzaniya kimi inkişaf etməkdə olan ölkələrdə bu yolla insanların həyatını dəyişmək mümkündür.

“Tabletləri alan uşaqların 90 faizinin əlifba biliyi sıfır səviyyəsindədir. Həmin uşaqlar hərfləri tanıya bilmirlər.”

Universal təhsilin qarşısında duran çətinliklər aşılmaz görünsə də, XPrize Foundation əməkdaşları düşünürlər ki, onlar bu problemləri həll edə bilərlər. Texnologiya və böyük mükafat ilə.

XPrize-ın Qlobal Öyrənmə Müsabiqəsi dünyanın mobil əlavələ şirkətlərinin uşaqların sadə oxu, yazı və riyaziyyat bilikləri əldə edə bilməsi üçün ən yaxşı layihəyə 15 milyon mükafat müəyyən edib.

“Sən ucqar nöqtələrdən olan uşaqların öyrənməsi üçün sadə, aydın və intuitiv bir şey hazırlaya bilərsənmi? Elə bir şey ki, uşaq onu əlinə alsın, toxunsun və oxumağı öyrənsin. Biz, dünyaya bu çağırışla müraciət etmişik.”

198 komanda bu çağırışa cavab verdi və onların arasından finala çıxan beş komandanın hər birinə öz mobil əlavələrini sınaqdan keçirmək üçün bir milyon dollar ayrıldı. Sınaqda 4,000 tanzaniyalı uşaq iştirak edəcək.

“Həyatında heç zaman tablet görməyən, heç televizor belə görməyən uşaq üçün mobil əlavə hazırlamaq olduqca çətindir. Ona görə bunu mümkün qədər sadə, uşaqların fərdi ehtiyaclarını nəzərə alaraq etmək lazımdır.”

Məktəblərin inşaası və müəllimlərin işə götürülməsi ilə bağlı qlobal məhdudiyyətlər ənənəvi öyrənmə modellərinin yenidən düşünülməsinə gətirib çıxarıb.

“Biz inanırıq ki, ibtidai təhsil yeni texnologiyanın təkamülü nəticəsində dəyişilməli idi. Təəssüf ki, bu indiyədək baş verməyib. Bu dəyişikliyin vaxtıdır.”

“Biz əgər uşaqların cihazda qeyd olunandan başqa heç bir təlimata ehtiyac duymadıqlarını sübut edə bilsək, o zaman biz dünyanın həmin nöqtələrində uşaqlar üçün hazırlanacaq texnologiuanın artmasına təkan verəcək hərəkat başlatmış olacayıq.”

Ola bilsin ki, universal təhsilə çıxış probleminin həlli bizim barmaqlarımızın ucundadır.

XS
SM
MD
LG