Ötən həftə Birləşmiş Ştatlarda professional amerikan futbolu sezonu rəsmi olaraq açılıb. Bu idman növü bəzi atletlərin oyun zamanı beyin zərbələri aldıqlarına görə tənqid olunur. Lakin yeni telefon applikasiyası oyun meydançasında belə mümkün problemləri diaqnoz etməyə yardım edə bilər.
Beyin sarsıntısı insanın kəlləsi başının içində beyni tərpədəcək qədər bərk dəydiyi zaman baş verir.
Araşdırma nəticələri göstərir ki, bəzi idmançıların keçirdiyi bir neçə beyin sarsıntılarının fiziki, idrak və emosional problemlər kimi uzun müddətli təsirləri ola bilər.
Lakin beyin sarsıntısını müəyyən etmək hətta Dr. Lin MakQrat Cunior kimi həkimlər üçün də çətindir.
“Hazırda beyin sarsıntısını hətta xəstəxanada belə müəyyən etməyin yolu yoxdur. Diaqnozlar həkimlərə bağlıdır. Onlar isə travmatoloji beyin xəsarətinin daha ağır formalarını müəyyən edə bilir”, Dr. MakQrat deyir.
Bu səbəbdən də MakQrat və onun Vaşinqton Universitetindəki komandası beyin sarsıntısı ilə bağlı qeyri-müəyyənliyi ortadan qaldıran applikasiya yaradıb.
“Bu applikasiya bizə beyin sarsıntısını diaqnoz etmək üçün lazım olan bütün parametrləri ölçə və telefonla göz bəbəyinin işığa reskiyasını ölçərək, normal pasientlərlə baş zədəsi olan pasientləri ayırmağa icazə verir. Biz isə bunu 100 faiz dəqiqliklə edə bilirik”, deyə Vaşinqton Universitetinin nevroloji cərrahiyə şöbəsindən Dr. MakQrat bildirir.
Bu applikasiya bizə beyin sarsıntısını diaqnoz etmək üçün lazım olan bütün parametrləri ölçə və telefonla göz bəbəyinin işığa reskiyasını ölçərək, normal pasientlərlə baş zədəsi olan pasientləri ayırmağa icazə verir. Biz isə bunu 100 faiz dəqiqliklə edə bilirik.Dr. MakQrat
Bu yaxınlara qədər həkimlər düşünürdü ki, beyin sarsıntısıın fiziki əlamətləri olmur, amma buna səbəd odur ki, biz sadəcə onları onları görmürük.
“Gözlərimiz təkcə müəyyən dərəcədə dəyişiklikləri görə bilir və müəyyən dərəcədə detal seçmə qabiliyyəti ilə biz baş zədəsinin bəzi əlmaətlərini görə bilmirik”, Dr. MakQrat deyir.
PupilScreen adlı yeni applikasiya həkimlərin görmədiklərini görür və daha sonra mürəkkəb alqoritmlərdən istifadə edərək beyin sarsıntısını diaqnoz edir.
“Biz pasientin beyin sarsıntısı səbəbilə xəstəxanada həkim tərəfindən müayinə olmağına ehitacın olub-olmadığını müəyyən edəcək applikasiyanın olmasının istəyirik”, o deyir.
Oyun meydançasında düzgün diaqnoz isə hətta həyat qurtara bilər. Vaşinqton Universitetinin komandası gələn iki ildə bazara ucuz, geniş istifadə olunacaq məhsul təqdim etməyi planlaşdırır.