Accessibility links

'Özləm' tamaşası Zəncanda səhnəyə qoyulub


Güneyli sənətçilərin türk dilində hazırladığı “Özləm” tamaşası Şərqi Azərbaycan vilayətinin Miyana, Marağa və Təbriz kimi şəhərlərindən sonra bu günlərdə Zəncan vilayətində də səhnəyə qoyulub.

Müəllifi Zəhra Xudabəndə olan tamaşanı rejissor Həsən Əzimi səhnələşdirib.
Günaz TV-nin yayımladığı məlumata görə, Özləm-ın hekayəsi Şərqi Azərbaycanın Miyana bölgəsində anladılan bir əfsanədən alınmışdır.

Qızıl Qələm veb səhifəsi həmin tamaşada səsləndirilən aşıq musiqisini yüksək qiymətləndirib.

Son illərdə müxtəlif janrlarda tamaşaların İran Azərbaycanı şəhərlərində türk dilində səhnəyə qoyulması əhali arasında teatr sənətinə geniş rəğbət qazandırıb. İranın yarı rəsmi Mehr agentliyi keçən il yayımladığı bir reportajda Təbrizdə teatr sənətində tarixi bir dövrün yaşandığını qeyd edib.

XS
SM
MD
LG