Accessibility links

Pakistanda quldurların polisə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb


Rəsmilərin cümə günü bildirdiyinə görə, Pakistanda polisə ən qanlı quldur hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Bu rəqəm yaralanan zabitlərdən birinin ölkənin şərqindəki Pəncab vilayətinin xəstəxanasında ölməsindən sonra yüksəlib. Bu arada isə polis hücumun arxasında olduğu güman edilən quldurları təqib etməyə davam edir.

Cümə axşamı odlu silahlar və reaktiv qumbaraatanlarla edilən hücum zamanı 8 zabit yaralanıb. Hadisə yüzlərlə silahlı quldurun polisdən gizləndiyi sığınacaqların yerləşdiyi Hind çayı sahilindəki Rahim Yar Xan mahalının Kaça bölgəsində baş verib.

Pəncab vilayətinin polis rəisi Usman Ənvər polisin hücumun arxasında olduğu güman edilən Bəşir Şar adlı quldur liderini öldürdüyünü, daha 5 nəfəri yaraladığını bildirib. Ənvər açıqlamasında quldurlara qarşı əməliyyatın hələ də davam etdiyini və vilayətdə son quldur məhv edilənə qədər davam edəcəyini bildirib.

Quldurlar tez-tez Pəncabda və ölkənin başqa yerlərində magistral yollarda səyahət edən insanları qarət edir. Pəncabın bəzi əraziləri o qədər təhlükəlidir ki, insanlar oğurluğa məruz qalmamaq üçün gün batdıqdan sonra ora səyahət etməkdən çəkinir. Bununla belə, polisin bu belə desək, "gedilməməli olan" ərazilərin əksəriyyətini quldurlardan təmizləyib.

Polisin məlumatına görə, quldurlar polisi, zabitləri daşıyan maşınlardan biri su basmış təsərrüfat sahəsindən keçərkən xarab olduğunda pusquya salıb. Pakistan iyul ayından bəri musson yağışlarına məruz qalır.

Hücum prezident Asif Əli Zərdari, baş nazir Şehbaz Şərif və daxili işlər naziri Möhsin Nəqvi tərəfindən qınanıb. Onlar kədərlərini ifadə edən bəyanatlar verib və öldürülən zabitləri şəhid kimi qiymətləndirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG