Accessibility links

Pakistanın baş naziri parlamentin etimad səsverməsini qazanıb


Pakistanın baş naziri İmran Xan ölkənin ikipalatalı parlamentinin aşağı palatası olan Milli Assambleyada etimad səsverməsini qazanıb.

Xan özü maliyyə nazirinin çərşənbə günü parlamentin yuxarı palatası olan Senata seçkidə müxalif namizədə məğlub olmasından sonra etimad səsverməsinin keçiriləməsinə çağırıb.

Milli Assambleyanın spikeri Əsəd Qaisar şənbə günü səsvermənin nəticələrini açıqlayarkən bildirib ki, baş nazir 178 səs alıb. Bu isə 342 üzvlük palatada etimad səsverməsini qazanmaq üçün lazım olan 172 səsdən çoxdur.

“Bununla cənab İmran Xan Milli Assambleyanın etimad səsverməsini və üzvlərin əksəriyyətinin etibarını qazandı.”

Xan daha sonra qanun vericilərə müraciət edib və onlara ona etimad etdiklərinə görə təşəkkürünü bildirib. O, televiziyada yayımlanan çıxışında bir daha hakim Pakistan Təhrik-i-İnsaf partiyasından qanunvericilərin çərşənbə günü Senatda keçirilən gizli səsvermədə rüşvət aldıqlarını iddia edib.
Baş nazir gələcək seçkilərdə şəffaflığı təmin etmək üçün "elektron aparatlar" təqdim etməklə seçki islahatları həyata keçirməyi vəd edib.

Namizədinin Senatda məğlubiyyətinə baxmayaraq, Xanın PTI partiyası 100 üzvlük yuxarı palatada təmsil olunan ən çox üzvlə təmsil olunan partiya oldu.

Müxalifət qrupları şənbə günü keçirilən etimad səsverməsini boykot ediblər və namizədinin Senatda məğlub olmasının Xanın parlamentin etimadına sahib olmadığını göstərmək üçün yetərli olduğunu bildirib.

PTI hökuməti bu iddiaları rədd edib və bunu “siyasi şüarçılıq” adlandırıb və müxalifəti parlamentin xüsusi sessiyasını yalnız Xanın “böyük qələbəsi” qarşısında “rüsvayçılıqdan yayınmaq üçün” boykot etdiyini bildirib.

Hökumət tərəfdarları parlamentin önündə media qarşısında Milli Assambleyanın xüsusi sessiyasının qeyri-qanuni olduğunu söyləyən müxalifət liderləri ilə qısa toqquşma yaşayıb.

Xanın PTI partiyası 2018-ci ildə keçirilən ümummilli seçkinin qalibi olub və daha sonra vergiödəyicilərinin milyardlarla dollar pulunu xaricdəki hesablarına köçürərək Pakistandakı iqtisadi problemləri artırdıqlarına görə sələflərini məsuliyyətə cəlb etmək məqsədilə daha kiçik müttəfiq partiyaların yardımı ilə koalisiya hökuməti yaradıb.

Müxalif partiyalar bu iddiaları rədd edir və Xanı Pakistanın üzləşdiyi həm iqtisadi həm də xarici siyasət çətinlikləri həll edə bilməməkdə günahlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG