Accessibility links

Pakistanın elitar komando qüvvələrində qadınlar [Video]


Pakistanın elitar komando qüvvələrində qadınlar
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Pakistanın elitar komando qüvvələrində qadınlar

"Xidmət və müdafiə'" -- Dünyada polis qüvvələri son nəfəsədək bu şüarla yaşayır. Pakistan polisi də fərqli deyil. Lakin dini və mühafizəkar, qadınların yalnız ev işləri və uşaqları məşğul olması qəbul edilən ölkədə bir neçə qadın ənənənələrə qarşı çıxaraq polis sıralarında yer alıb.

Bu, Pakistanın şimalında yerləşən Novşəra şəhərində Polis Təlim Mərkəzidir. Burada 6 yüzə yaxın elitar kommandos müvəffəqiyyətlə təlimlərini başa vurub.

Seçilmişlərin arasında bir neçə qadın kommando da var.

Pakistan kommando üzvü Pəri deyir ki, o yaşadığı əyalətdə vəziyyət olduqca pis idi. Terrorçuluq cəbhə xəttində idi. Ataları kimi bacıları və Pəri də polisə qoşulmaq istəyirdilər. Onlar üç bacıdırlar və üçü də elitar kommando üzvüdürlər.

Baş təlimçi İslam Nur deyir ki, polisə qoşulan qadın kommando üzvləri heç bir güzəşt əldə etmirlər və öz kişi həmkarları ilə eyni təlimlər keçirlər. O bildirib ki, qadınların nisbətən zəif olması ümumi qəbul olunmuş fikirdir. Lakin onlar könüllü olaraq qoşulub və təlimə başladıqdan sonra onlar kişilər kimi işləyə bilir və işləyirlər də.

Təlimləri yenicə bitirən Ruxsanə təlimlərin ciddi olduğunu söyləyir. O özünü kişi həmkarları kimi doğrulda bilib. O deyir ki, ilk öncə onlar Elitar Mərkəzdə fiziki təlimlər keçiblər. Sonra RPG-7 qumbaraatanından 9mm-lik tapançalara qədər bir çox silah növlərini istifadə edərək təlimlər keçiblər. 50-60 metrlik binadan aşağı düşməyi öyrəniblər. Əlbəttə, insanlar qadınların kişilərin etdiyini edə bilməyəcəyini düşünürlər, lakin onlar təlimçilərinə kişilərin etdiyinin eynisini edəcəklərini söyləyiblər.

Pari və Rüxsarə, hər ikisi Pakistanla Əfqanıstan arasında sərhəddə yerləşən ən təhlükəli bölgələrdən biri olan Hanqu rayonuna təyin olunub. Yerli polis komandirlərinin sözlərinə görə, bu qadınlar terrorizmlə mübarizədə mühüm rol oynayacaqlar.

Yerli polis zabiti olan Şah Davran deyir ki, Hanqudakı qadın elitar kommando qüvvələrinin çox mühüm rolu var. Təkrarlanan terror hücumlarına baxmayaraq, onlar işlərini atmayıblar. Onlar polislərlə birgə xidmət edir, reydlər keçirir. Hanquda polisə çox sayda hücumlar olur və bir neçə polis zabiti həyatlarını qurban verib. Lakin qadın komandoları heç zaman vəzifələrini yerinə yetirməkdən çəkirnmirlər.

Pakistanda qadınları ənənəvi olaraq bu cür peşə seçimindən çəkindirilirlər və bu məsələdə tez-tez öz ailələri ilə üzləşməli olurlar.

Elitar kommando olan Pəri deyir ki, o və bacıları polisə qoşulmağa qərar verəndə bütün qohumları onlarla əlaqələrini kəsdi. Qohumlardan heç kim onları dəstəkləmirdi. Lakin Pərinin atası hər zaman qızlara oğlanları qədər dəyər verdiyini deyib.

Elitar Qüvvələrin yeni üzvləri olmaları ilə yanaşı, Rüxsanə və Pəri həyatlarını digərlərinin xilası üçün daim təhlükəyə atan, yüksək təlimatlı mütəxəssislər olaraq bombaların zərərsizləşdirməsi heyətinin üzvüdürlər. Onlar öz işləri ilə digər gənc qızları cəmiyyətin gözləntilərindən kənara çıxmağa ruhlandırırlar.

XS
SM
MD
LG