Pakistan rəsmiləri deyir ki, ABŞ-ın pilotsuz təyyarəsinin ölkənin şimal-qərbində qəbilələrin yaşadığı bölgədə yaraqlıların istehkamına hücumu nəticəsində 10 nəfər yaraqlını öldürüb. Hücum Şimali Vəziristan vilayətinin Datta Xel rayonunda baş verib. Digər bir xəbərə görə, bu gün Pakistan hərbi vertolyotları Orakzay regionu yaxınlığında Şana Qari rayonunda yaraqlıların sığınacaqlarına hücum edib. Rəsmilər deyir ki, ən azı 8 militant öldürülüb. Pakistanın qəbilələr yaşayan şimal-qərb regionu Əl-Qaidə və Talibanın sığınacağı hesab edilir.
Pilotsuz təyyarənin hücumu nəticəsində 10 yaraqlı öldürülüb