Accessibility links

Kəraçidə bomba hücumu 45 nəfərin həyatına son qoyub


Bazar günü Pakistanın Kəraçı şəhərindəki məscidin yanında maşına yerləşdirilmiş bomba partlayışı 45 nəfərin ölümünə, 150 nəfərə qədər insanın yaralanmasına səbəb olub.

Polisin dediyinə görə, partlayış çoxu şiə müsəlmanlar olmaqla, dindarlar axşam ibadətindən sonra məsciddən çıxarkən həyata keçirilib. Partrlayış zamanı yaxınlıqdakı binalarda yanğın baş verdiyi və insanların dağıntılar altında qaldığı deyilir. Yaralananlar arasında qadınlar və uşaqların da olduğu bildirilir.

Yarı-hərbi qüvvələrin zabiti Pərviz Əhməd hücumda kimyəvi maddədən istifadə edildiyindən yanğının ətrafı bürüdüyünü deyib.

Hücumun məsuliyyətini üzərinə götürən olmasa da, Əl-Qaidə və Talibanla əlaqəsi olan sünni yaraqlılar Pakistanda, əsasən də Kəraçidə şiələrə hücumlar həyata keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG