Dini partiyalar tərəfindən təşkil edilmiş tətil Pakistan boyu bizneslərin fəaliyyətini dayandırıb. Dini partiyaların fikrincə hökumət kafirlik qanununa düzəlişlər etmək istəyir. Tətil hökumətin qanunda dəyişiklik etməyəcəyini bildirməsinə baxmayaraq keçirilib. Nüfuzlu müsəlman qrupunun rəhbəri Fransa xəbər agentliyinə hökumətin qanunda hər hansısa dəyişiklik etdiyi təqdirdə ictimai itaətsizlik hərəkatının başlayacağını bildirib. Noyabr ayında islamı təhqir etdiyinə görə məhkəmə xristian qadını ölümə məhkum etdikdən sonra kafirlik qanunu beynəlxalq ictimayyətin diqqətini cəlb edib.
Tətil hökumətin qanunda dəyişiklik etməyəcəyini bildirməsinə baxmayaraq keçirilib