Accessibility links

Taliban lideri öldürülüb


ABŞ-ın pilotsuz təyyarəsi Pakistanda Taliban lideri Hakimullah Məsud daxil olmaqla, üç nəfəri öldürüb.

Pakistanın təhlükəsizlik rəsmiləri Şimali Vəziristan vilayətinin Miram Şah qəsəbəsində həyata keçirilən hücum zamanıTaliban liderinin öldüyünü təsdiqləyib.

Məlumatlara görə onun tərəfdarlarının şənbə günü dəfn mərasimində iştirak etmək üçün regiona axışır.

Bir neçə qaynaq Amerikanın Səsinin Pakistandakı müxbirinə Məsud tərəfindən istifadə edilən istehkamın hədəf alındığını təsdiq edib.
XS
SM
MD
LG