Accessibility links

Pakistan hökuməti ölkədə qeyri-qanuni yaşayan xarici vətəndaşların deportasiyasına qərar verib


Pakistanın xarici işlər naziri vəizifəsini müvəqqəti icra edən Cəlil Abbas Cilani cümə axşamı hökumətinin ölkədə qeyri-qanuni yaşayan əfqanları və digər xarici vətəndaşları ölkədən çıxarmağa qərar verdiyini təsdiqləyib.

Bu addım çox güman ki, iki il əvvəl qonşu Əfqanıstanda Talibanın yenidən hakimiyyətə qayıtmasından sonra bu ölkəyə sığınanlar da daxil olmaqla, təxminən 1 milyon əfqanı nəzərdə tutur.

Birləşmiş Millətlər Təşkilatı belə bir addımın beynəlxalq müdafiəyə ehtiyacı olan əfqanlara təsir edə biləcəyindən narahatdır. BMT rəsmisi Amerikanın Səsi ilə söhbəti zamanı deyib ki, əfqanlar vətənlərinə zorla qaytarılsalar, onların həyatları və ya azadlıqları təhlükə altında olacaq.

"Nazirlər kabinetinin təsdiq etdiyi yeni siyasət təkcə əfqanlara aid deyil, söhbət Pakistanda müxtəlif ölkələrdən qeyri-qanuni yaşayan bütün insanlara aiddir" - deyə, Cilani İslamabadda keçirilən mətbuat konfransında bildirib.

Cilani rəsmi qeydiyyatdan keçmiş əfqan qaçqınlar və qanuni yaşayanlardan Pakistanı tərk etmələrinin tələb olunmayacağını deyib. O, "İstər əfqan, istərsə də hər hansı başqa ölkənin vətəndaşı olsun, ancaq bura qeyri-qanuni yolla gələnlər öz ölkələrinə qayıtmalı olacaq. Biz siyasəti ciddi şəkildə həyata keçirəcəyik" deyib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İslamabaddakı sözçüsü Amerikanın Səsinə bildirib ki, onun agentliyi pakistanlı həmkarlarından yeni siyasətlə bağlı "aydınlıq gətirmələrini" istəyir.

Qeysər Xan Afridi qeyd edib ki, Pakistan dünya miqyasında "onilliklər boyu qaçqınlara səxavətlə ev sahibliyi edən ölkə" kimi qəbul edilib və bu səxavətə uyğunlaşmaq üçün daha çox iş görülməlidir.

"BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Pakistana öz ərazisində beynəlxalq müdafiəyə ehtiyacı olan insanların idarə edilməsi və qeydiyyatı mexanizminin işlənib hazırlanmasında, eləcə də xüsusi həssaslığa dəstək verməyə hazırdır" - deyə, Afridi əlavə edib.

Taliban 2021-ci ilin avqustunda hakimiyyətə qayıdana qədər Pakistan rəsmi olaraq təxminən 2,7 milyon əfqanı qəbul edib. Buraya 1,3 milyon qeydiyyatdan keçmiş qaçqın və 880 min rəsmi sənədləşdirilmiş iqtisadi miqrant daxildir. Qalanları isə qeyri-qanuni miqrant elan edilib.

Talibanın Kabili ələ keçirməsi yeni qaçqın axınına səbəb olub və 700 mindən çox əfqan Pakistana gedib.

O vaxtdan bəri təxminən 200 min nəfər ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinə xidmətlərində görə xüsusi köçürmə proqramları çərçivəsində Birləşmiş Ştatlara və Avropa ölkələrinə sığınıb.

Pakistan rəsmilərinin dediyinə görə, qalan əfqanların əksəriyyəti Pakistan sərhədini ya qeyri-qanuni olaraq keçib, ya da vizalarının müddəti bitib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG