Accessibility links

Pakistandakı milyonlarla daşqın qurbanının humanitar yardıma kəskin ehtiyacı var


Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, son bir əsrdə ölkədə baş vermiş ən güclü daşqınların fəsadlarından qurtarmağa çalışan milyonlarla pakistanlının həyatı qurtaran humanitar yardıma ehtiyacı var.

Əsasən də ölkənin cənubundakı Sind vilayəti olmaqla, fəlakətli daşqınların Pakistanı viran qoymasından təxminən bir ay sonra ölkənin böyük hissəsi suyun altında qalıb. Rəsmilər xəbərdarlıq edib ki, sel sularının ən çox zərər çəkmiş ərazilərdən çəkilməsi altı aya qədər vaxt apara bilər.

Humanitar yardım təşkilatları daşqınlardan zərər çəkmiş 33 milyon insanın çoxuna təcili yardım göstərməyə çalışır. Lakin çox sayda yol və körpülərin suyun altında qalması və ya zədələnməsi bir çox ərazilərə girişi məhdudlaşdırıb.

Gerida Birukila UNİCEF-in Pakistanın Bəlucistan vilayəti üzrə baş mütəxəssisidir. Vilayətin paytaxtı Kvettadan danışarkən o, durğun su ilə əhatə olunmuş minlərlə ailənin ərzağa, təmiz suya, dərmanlara və digər yardımlara ehtiyacı olduğunu, lakin həmin yardımların onlara çatdırmağın mümkün olmadığını deyib.

"İnsanlar magistral yolda quru yer tapa bilmir. Hər yer kanalizasiya suları, gübrələr, ağcaqanadlar, viruslarla doludur. Minlərlə insan risk altındadır" - deyə, o bildirib.

BMT-nin hesablamalarına görə, daşqınlar 550-dən çoxu uşaq olmaqla, 1500-dən çox insanın həyatına son qoyub və evlərindən didərgin düşən 7,6 milyon insanın 3,4 milyondan çoxu uşaqdır.

Birukila deyib ki, daşqınlardan əvvəl də Pakistanda kifayət qədər yeməmək böyük problem idi. İndi isə o, lazımi müalicə olmadığına görə, uşaqların ən həssaslarının ölmək riskinin daha yüksək olduğunu bildirir.

UNICEF hökumətin yardım səylərini əvvəldən dəstəkləyir. Birukila daşqınlardan dərhal sonra agentliyin ən çox zərər çəkmiş rayonlara su və digər zəruri ləvazimatları çatdırdığını deyib. O deyib ki, agentlik uşaqların travmanın öhdəsindən gəlməsinə yardım etmək üçün 71 səyyar sağlamlıq düşərgəsi və müvəqqəti təlim mərkəzləri yaradıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Hizbullah" lideri: Müharibə başlasa, İsraildə "təhlükəsiz yer olmayacaq"
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG