Accessibility links

Pakistan polisinin bildirdiyinə görə, Bəlucistan vilayətində şiələrin Hazara icmasının 4 üzvü silahlılar tərəfindən qətlə yetirilib.

"İlkin araşdırmalar hədəfin təriqət üzvləri olduğunu göstərib" deyə, Kvetta polis komissarı Fransa xəbər agentliyinə bildirib.

Qurbanlar avtomobillə Kvetta ilə Əfqanıstan sərhədi arasındakı yolda gedərkən güllələnib.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Lakin Hazara icması uzun zamandır sünni yaraqlıların hədəfinə çevrilib. BU icmaya mənsub insanlar yerli əhalidən üz cizgiləri ilə fərqləndiyi üçün onları öldürmək asan olur.

Hazaralar həm Əfqanıstan, həm də Pakistanda yaşayır.

XS
SM
MD
LG