Accessibility links

Pakistan Hindistanın hücuma hazırlaşdığını bildirir


Pakistan Hindistanın cari ayın sonlarında Pakistana hücum edəcəyi barədə “etibarlı kəşfiyyat məlumatı” aldığını bildirib.

Reuters və AFP agentliklərinin məlumatına görə, bunu xarici işlər naziri Mahmud Kureşi aprelin 7-də Multan şəhərində deyib.

O, bu barədə BMT-yə məlumat verildiyini bəyan edib.

Nazirin sözlərinə görə, hücum aprelin 16-20 arası edilə bilər və bu məlumatın yayılmasını baş nazir İmran Xanla razılaşdırıb.

Hindistanın Xarici İşlər Nazirliyi hələlik bu məlumata münasibət bildirməyib.

Son vaxtlar Pakistanla Hindistan arasında münasibətlər yenidən gərginləşib.

Fevralın 14-də Kəşmirin Hindistana aid hissəsində törədilən partlayış nəticəsində Hindistan təhlükəsizlik xidmətinin azı 40 əməkdaşı həlak olub.

Hindistan tərəfi deyir ki, hücumu Pakistan ərazisində məskunlaşan yaraqlılar törədib.

Pakistansa bu hücmla heç bir bağlılığı olmadığını deyir.

Hindistanın hərbi hava qüvvələri bundan sonra yaraqlıların mövqelərini bombalayıb və Kəşmir bölgəsində hərbi əməliyyatların əhatəsi daha da genişlənib.

Bu iki ölkə 1947-ci ildə Britaniyadan ayrılaraq müstəqillik əldə etdikdən bəri Kəşmirə görə 3 dəfə müharibə aparıb.

XS
SM
MD
LG