Accessibility links

Hindistanla Pakistan arasındakı dəhliz


Hindistanla Pakistan arasındakı dəhliz
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Hər ikisində də nüvə silahı olan və keçmişdə bir-biri ilə bir neçə dəfə müharibə aparan Hindistan və Pakistan nifrəti bir kənara qoyaraq, gələn il Sinkxizmin təməlinin qoyulmasının 550-ci ildönümünə hazırlıqlara başlayıb.

Bu iki ölkə hindlilərin Pakistan ərazisində yerləşən müqəddəs Sinkx məbədini ziyarət etmələri üçün sərhəddə çəpər çəkilmiş yeni bir dəhliz inşa edib.

Sinqhhizmin son dayanacağı olan bu məbəd Hindistan sərhədindən cəmi 4 km. məsafədə yerləşir. Lakin sərhəd keçid məntəqəsinin bağlı olması minlərlə siqh zəvvarının əvvəlcə Pakistanın sərhəd Lahor şəhərinə, oradan isə üç-dörd saatlıq yola çıxmaq məcburiyyətində qoyur.

Belə olmadığı təqdiqdə onlar bu məbədə sərhədin o biri tərəfindən baxmaq məcburiyyətində qalır. Hindistanlı zəvvar Daman Pir Sinkx: “Sərhədin o biri tayındakı zəvvarların adətən durbinləri olur və onlar ziyatərlərini durbin vasitəsilə həyata keçirir.”

Lakin gələn il sinqhizmin təməlkini qoyan Quru Nanakın 550-ci ildönümünün qeyd edilməsinə qədər Hindistan və Pakistan hökumətləri yeni sərhəd-keçid məntəqəsi yaradacaqlarına söz verib.

Pakistanın baş naziri İmran Xan artıq Pakistan tərəfdə təməlin qoyulduğunu deyib. Plana əsasən hindistanlı zəvvarlar müqəddəs məbədə getmək üşün sərhəd-keçid məntəqəsinin terminalına getməlidir. Onları məbədə 4 km. uzunluqda, yanlarına çəpər çəkilmiş dəhlizdən xüsusi avtobuslar aparacaq.

Müqəddəs məbədə ziyarətlə bağlı plan hər iki tərəfdə enişli-yoxuşlu gərgin münasibətlərdən keçərək məbədə çıxış əldə edilməsi ilə əlaqələrin normallaşmasında hərəkətverici qüvvə olacağına ümid edir.

Lakin təhlilçilər belə yüksək gözləntilərə ehtiyatla yanaşır. Jurnalist Suhasini Heyder: “Biz münasibətlərin yaradııması üçün imkanların olduğunu görürük. Lakin mən siyasi həll olmadan Kartarpur dəhlizinin nə isə böyük bir dəyişikliklərə səbəb olacağınlı düşünmürəm.”

Çıxışı zamanı İmran Xan iki nüvə silahlı qonşunun sülhdən başqa seçimi olmadığını deyib. Eyni zamanda o, əlavə edib ki, əsas mübahisənin səbəbi olan Kəşmir məsələsi də həll olunmalıdır.

Hindistan siyasətçilərinin sərhəddə dəhlizin açılmasını alqışlamalarına baxmayaraq, Paksitanı Hindistan torparlarındakı terrorizmi dəstəkləməkdə ittiham edir.

XS
SM
MD
LG