Accessibility links

Pakistan polisi İmran Xanı həbs etməyə cəhd edib


Çərşənbə axşamı Pakistan polisi keçmiş baş nazir İmran Xanı həbs etməyə cəhd etsə də, onun yüzlərlə tərəfdarı onun şərqindəki Lahor şəhərindəki iqamətgahının qarşısında buna mane olub.

Az sonra böyük şəhərlərdə Xanın müxalif "Təhrik-i-İnsaf" (PTI) Partiyasının tərəfdarları liderlərinin mümkün həbsinə etiraz edib.

Keçən ilin aprel ayında parlamentin etimadsızlıq səsverməsindən sonra hakimiyyətdən gedən 70 yaşlı siyasətçi hökuməti devirmək, üsyan, terrorizm və korrupsiya ittihamları da daxil olmaqla, onlarla məhkəmə işi ilə üzləşib.

Xan bütün ittihamları rədd edərək, varisi, baş nazir Şehbaz Şərifin "siyasi qurbanı" olduğunu deyib.

Keçən il Pakistanın paytaxtında keçirilən mitinq zamanı qadın hakimi hədələmək ittihamı irəli sürülən Xana şənbə günü İslamabadda məhkəmə qarşısına çıxması əmri verilib.

"Biz buraya məhkəmə qərarına uyğun olaraq onu həbs etmək üçün gəlmişik" - deyə, İslamabad polis idarəsinin baş müfəttiş müavini Seyid Şahzad Nadim Buxari ölkənin ən sıx məskunlaşdığı Pəncab vilayətinin paytaxtı Lahorda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Təhrik-i-İnsaf" tərəfdarları polis əməkdaşlarını onların səylərinə mane olmaq üçün daş və kərpic atıb, onları su şırnaqlarından istifadə etməyə və bəzilərini dəyənəklə vurmağa sövq edib.

Televiziyanın canlı buraxılışında Lahorda polisin Xanın əllərində taxta və daş atan tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə etdiyini görmək olub.

XS
SM
MD
LG