Accessibility links

Kafirlik Pakistanda ölüm-dirim məsələsidir


Pakistanda kafirlik ən həssas məsələlərdən biridir. Bu qüdrətli dini inanc lap qədim zamanlardan bəri zorakılıqlara səbəb olub.

Allaha, İslama və dini liderlərə küfr kimi görünən hər bir şey bura daxil edilə bilər.

Pakistanın Cinayət Məcəlləsində kafirliyə görə ömürlük və ya ölüm cəzası maddəsi yer alır.

Hazırda kafirlik iddiaları Puncabda baş qaldırıb. Ötən həftə məhkəmə Nadim Ceyms adlı xristina dostuna WhatsApp-la Allahsızlıqla bağlı şer göndərdiyinə görə ölüm hökmü çıxarıb. Prokuror Ceymsin vəkilindən onun heç vaxt heç kimi şeir göndərmədiyinə dair təsdiq alsa da, bir dəfə kiməsə qarşı bir şey iddia edilib və bu iddianın təsdiq olunmasına dair kifayət qədər sübutlar var, o halda bu cür materialları inkar etməyin mümkün olmadığını bildirib.

Pakistanın qabaqcıl insan haqları müdafiəçisi Mehdi Həsənin dediyinə görə, kafirliyin heysiyyatlarla bağlılığı ədalətli məhkəmələri qeyri-mümkün edir.

“Pakistanda dindarlıq böyük nüfuz deməkdir. Bu isə öz növbəsində polis və digər təsisatları təsirinə məruz qoyur”- deyə, Həsən bildirib.

Məsələ ətrafında elə bir təlaş yaranıb ki, məhkəmə gizli şəkidə həbsxanada keçirilib. Belə ki, Ceyms və onun ailə üzvləri yerli mollalar da daxil edilməklə, bir çoxları tərəfindən təhdid edilib.

Pakistanın kafirliklə bağlı qanunları olduqca mübahisəlidir. İnsan haqları müdafiəçiləri bu ittihamların insanları zorakılıq hədəfinə çevirdiyini və şəxsi əsasda intiqamlara yol açdığını deyir.

Tənqidlərə baxmayaraq Pakistan hökuməti kafirlik qanunlarını ciddi şəkildə müdafiə edir. Aprel ayında hökumət bütün telefonlara mesaj göndərməklə kafirliklə əlaqəli heç bir yazını paylaşmamağa çağırb və belə məlumatlara çıxışı olanların səlahiyyətli orqanlara təhvil verilməsinə göstəriş verib.

Human Rights Watch-un son hesabatında deyilib ki, Pakistanda 2016-ci ildə 10 müsəlman və 5 qeyri-müsəlman kafirlik ittihamı ilə həbs, 19 nəfər ölümə məhkum edilib, digərləri isə həbslərdə saxlanılır.

XS
SM
MD
LG