Pakistanda kamikadze hücumu nəticəsində 9 adam həlak olub. Hücumçu Avami Milli Partiyasının yürüşünü hədəf alıb. Ölənlər arasında vilayət naziri Bəşir Əhməd Bilur da var.20-dən artıq insan xəsarət alıb.
Bu arada, Pakistanın müdafiə naziri Navid Qəmər iki il davam edən soyuqluqdan sonra ABŞ-Pakistan münasibətlərinin normallaşdığını bildirib. Nazir “Amerikanın səsi”nə müsahibəsi zamanı ölkələrin terrorizmlə mübarizə sahəsindəki əməkdaşlığın dərinləşdiyini və bunun nəticəsi olaraq Əfqanıstanla sərhəd bölgələrdə vəziyyətin dəyişdiyini deyib.
Obama administrasiyası Pakistan hökumətinə terrorizmlə mübarizə üçün 700 milyon dollarlıq vəsaitin ödənəcəyini bildirib.
Amerika Pakistana ödənişlərini Üsamə Bin Ladenin ölümü ilə yaranmış soyuqluq səbəbi ilə dayandırmışdı.