Accessibility links

Pakistan nüvə tutumlu ballistik raketi sınaqdan keçirib


Pakistan 1500 kilometrədək nüvə və ənənəvi döyüş başlıqlarını daşıya bilən ballistik raketin "təlim buraxılışını" həyata keçirdiyini bildirib.

Hərbi rəsminin bildirdiyinə görə, cümə axşamı günü uçuşdan sonra Ərəbistan dənizinə düşən orta mənzilli Şahin-II raketi "Pakistanın strateji ehtiyaclarına tam cavab verən yüksək səviyyəli raket"-dir.

Prezident Arif Əlvi və baş nazir İmran Xan da nailiyyət münasibətilə öz təbirklərini çatdırırlar.
General-Mayor Asif Qafur

General-Mayor Asif Qafur sinaqda yüksək rütbəli generalların, o cümlədən mühəndis və alimlərin iştirak etdiyini bildirib.

Raketin təlim uçuşu Pakistanın qonşu rəqibi olan Hindistanda hərbi gərginliyin artması fonunda baş verib.

Pakistan hərbçiləri hərbi para zamanı Şahin-II orta mənzilli raketin yanında durub, Pakistan, 23 mart, 2019-cu il.
Pakistan hərbçiləri hərbi para zamanı Şahin-II orta mənzilli raketin yanında durub, Pakistan, 23 mart, 2019-cu il.

Müşahidəçilərin sözlərinə görə, İslamabad Yeni Delhinin sahib olduğu hərbi avadanlıq və təkmilləşmələrə qoyduğu böyük investisiyaları ilə ayaqlaşmaq üçün səylər göstərir.

Rakertin buraxılışı həmçinin, Pakistan Xarici İşlər Naziri Şah Mahmud Qureshinin öz hindistanlı həmkarı Suşma Svarajla Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Qırğızıstanda görüşü çərçivəsində qısa müddətli danışıqlardan sonraya təsadüf edir.

XS
SM
MD
LG