Accessibility links

Pakistan ordusu ölkənin qəbilələrin yaşadıqları regionlarında əməliyyatlarını davam etdirir


Pakistan ordusu ölkənin qəbilələrin yaşadıqları regionlarında əməliyyatlarını davam etdirir
Pakistan ordusu ölkənin qəbilələrin yaşadıqları regionlarında əməliyyatlarını davam etdirir

Hərbi qüvvələr hazırda Orakzay regionunda genişmiqyaslı əməliyyatlar aparır.

Pakistan ordusunun məlumatında deyilir ki, bu gün ölkənin şimal-qərbində, Əfqanıstanla sərhəddə keçirilən əməliyyatlar zamanı azı 23 yaraqlı öldürülüb. Ordu rəsmiləri azı 13 yaraqlının qəbilələrin yaşadıqları Orakzay regonunda, yaraqlıların hədəfinin vertolyotla nişan alındığı vaxt, qalanlarının isə Paştun qəbilə bölgəsindəki Kurram məntəqəsi yaxınlığında öldürüldüyünü deyirlər. Qeyd edək ki, Pakistan ordusu bundan əvvəl Cənubi Vəziristan bölgəsində keçirdikləri əməliyyatlar zamanı Taliban yaraqlılarının Orakzay regionuna qaçdıqlarına inanır. Hərbi qüvvələr hazırda həmin regionda geniş miqyaslı əməliyyatlar aparır.

XS
SM
MD
LG