Accessibility links

Pişəvər şəhərində ədliyyə idarəsinə hücum olub


Pakistan rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal-qərb Pişəvər şəhərində ədliyyə idarəsinə qarşı hücum zamanı azı 3 nəfər ölmüş, onlarla insan yaralanmışdır. Rəsmilər bomba hücumlarının həyata keçirən iki intiharçı ilə təhlükəsizlik qüvvələri arasında atışma olduğunu deyib.

Xeybər Paxtunxva vilayətinin informasiya naziri Mian İftixar Hüseyin hücumçulardan birinin yaraqlıları azad etmək üçün ədliyyə binasına daxil olmağa cəhd etdiyini deyib.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.
XS
SM
MD
LG