Accessibility links

Pakistanda ümummilli peyvənd kampaniyası zamanı poliomielit komandasına bomba hücumu olub


Pakistanın şimal-qərbindəki rəsmilər bazar ertəsi bildiriblər ki, yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində poliomielit əleyhinə peyvənd edənlər və onları müşayiət edən polis əməkdaşları da daxil olmaqla, azı 10 nəfər yaralanıb.

Əfqanıstanla sərhədə yaxın Cənubi Vəziristan rayonunda törədilən partlayışda ümummilli immunizasiya kampaniyasının açılışı günü poliomielitlə mübarizə işçiləri və onların mühafizəçilərini daşıyan karvan hədəf alınıb.

Ərazinin təhlükəsizlik və xəstəxana rəsmiləri qurbanlar arasında 3 səhiyyə işçisi və 6 təhlükəsizlik işçisinin olduğunu bildirib Təhlükəsizlik qüvvələrinin Pakistan Talibanı ilə əlaqəsi olan militantlarla mübarozə apardığı bölgədə baş verən zorakılıqlara görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

Keçən həftə Pakistan İslamabadda bu il 17-ci polio-virus yoluxması barədə məlumat verərək, bu virusun bir uşağı iflic etdiyini və son 16 ildə ölkənin paytaxtında ilk infeksiya hadisəsi olduğunu bildirib.

Pakistanın səhiyyə rəsmiləri bazar ertəsi, poliomielitlə mübarizə kampaniyası öncəsi bildiriblər ki, bu kampaniya ölkə daxilində 115 mahalında 33 milyondan çox 5 yaşadək uşağı peyvənd etmək üçün nəzərdə tutulub.

Poliomielitlə Mübarizə Milli Fövqəladə Əməliyyatlar Mərkəzinin koordinatoru Məhəmməd Ənvarül Haq immunizasiya kampaniyasının ilk növbədə "virusun aşkar edildiyi və davamlı ötürülmə və yayılma riskinin həqiqətən yüksək olduğu" bölgələrə yönəldiləcəyini deyib.

2024-cü il başlayandan bəri doqquz iflic poliomielit hadisəsini bildirən Pakistan və Əfqanıstan qlobal miqyasda polio-endemikin qaldığı yeganə iki ölkədir. Poliomielit əleyhinə immunizasiya kampaniyaları uzun müddətdir hər iki ölkədə təhlükəsizlik və peyvənd boykotları kimi çoxsaylı problemlərlə üzləşib.

Forum

XS
SM
MD
LG