Pakistan prezidenti Asif Əli Zərdari bu gün Prezident Obama ilə Ağ Evdə görüş keçirib. Ağ Ev müzakirələrin terrorizm, iqtisadi islahatlar, demokratiyanın təşviqi və Əfqanıstanla bağlı olduğunu bildirib. Cənab Zərdari Vaşınqtona dekabr ayında qəflətən vəfat edən Birləşmiş Ştatların Pakistan və Əfqanıstana xüsusi elçisi Riçard Holdbrukun xatirəsini yad etmək üçün gəlib. Mərasim mətbuat üçün qapalı olacaq. Cənab Zərdari ABŞ Dövlət Katibi Hillari Klintonla da görüşəcək.
Pakistan prezidenti Asif Əli Zərdari Vaşınqtona gəlib (Yenilənib)

Asif Əli Zərdari bu gün Prezident Obama ilə Ağ Evdə görüşüb