Səudiyyə Ərəbistanı Pakistana 3 millyard dollar nəğd pul ödəməyə razılıq verib. Bununla İslamabad ölkəsinə edilən bir illik neft ixdalına ödəniş edə bilər.
Pakistan hökuməti bu haqda detalları çərşənbə axşamı baş nazir İmran Xanın Ər-Riyada rəsmi səfərçərçivəsində açıqlayıb.
Pakistan lideri dissident Camal Xaşuqçinin Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda öldürülməsinə etiraz əlaməti olaraq bir sıra dünya liderinin qatılmadığı investisiya konfransında iştirak edir.
Pakistanın maliyyə naziri Əsəd Umar ölkəsinin ən vacib öhdəliklərinin yerinə yetirilməsi üçün $12 milyard dollar gərək olduğunu deyib.
Təhlilçilərin fikrincə, Səudiyyə Ərəbistanının Pakistana maliyyə yardımı çox ehtimal ki, bu ölkənin Beynəlxalq Valyuta Fondundan da kiçik yardım almasına imkan yaradacaq və beynəlxalq kreditorlarla danışıqlarda Pakistanın mövqeyini gücləndirməyə yardım edəcək.