Accessibility links

Pakistanda seçki yürüşü zamanı partlayış nəticəsində 128 nəfər ölüb


Pakistanın cənub-qərbində keçirilən seçki kampaniyası yürüşü zamanı həyata keçirilən intiharçı bomba hücumu zamanı ən azı 128 nəfər ölüb və 120 nəfərdən çox insan yaralanıb. Ölənlər arasında vilayət məclisi seçkilərində namizəd kimi iştirak edən Sirac Raisani də var.

İslam Dövlətinin Amaq Xəbər Agentliyi qrupun bu hücuma görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.

Cümə günü Bəlucistan vilayətində həyata keçirilən bu hücum ümummilli seçkilər ərafəsində təhlükəsizlik ilə bağlı narahatlıqları artırıb. 25 iyul tarixində keçiriləcək seçkilərdə ölkənin və dörd vilayətin qanunvericiləri seçiləcək.

Şahidlər bildiriblər ki, Bəlucistanın Avami Partiyasının namizədi Sirac Raisani Mastunq ərazisində yüzlərlə dəstəkçisi önündə çıxışa hazırlaşarkən intiharçı səhnəyə yaxınlaşaraq, bədəninə bərkidilmiş partlayıcını işə salıb.

Vilayətin daxili işlər naziri Umar Banqulzai Amerikanın Səsinə hücumun intiharçı tərəfindən keçirildiyini təsdiq edib. Nazir əlavə edib ki, həlak olanları sayı arta bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG