Accessibility links

BMT-nin Qaçqınlar Agentliyi güclü daşqınlar fonunda Pakistana təcili yardım göndərir


BMT-nin Qaçqınlar Agentliyi bazar ertəsi daşqınlardan əziyyət çəkən Pakistana daha çox ehtiyacı olduğu bölgələrinə təsili olaraq əlavə yardım göndərib. Pakistanın baş naziri Mançar gölünün yüksələn sularının yeni təhlükə yaratdığı cənub bölgəsinə getdiyi bildirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının iki təyyarəsi ölkənin cənubundakı liman şəhəri Kəraçiyə enib və gün ərzində daha iki təyyarənin enməsi gözlənilir. Türkmənistanın yardımı ilə üçüncü təyyarə də Karaçiyə enib. Son həftələr baş verən daşqınlar Pakistanın böyük hissəsinə təsir etsə də, paytaxtı Kəraçi olan cənub Sind vilayəti ən çox zərər çəkib.

Pakistanda bu il qeyri-adi musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1300-dən çox insan həyatını, milyonlarla insan evini itirib. Bir çox eksper baş verənlərdə iqlim dəyişikliyinı günahlandırıb.

Baş verən fəlakəti nəzərdə tutan BMT-nin Baş katibi Antonio Quterreş keçən həftə dünyanı baş verənlərə diqqət göstərməməyə son qoymağa çağırıb. O, daşqınlardan zərər çəkmiş bölgələrə sentyabrın 9-da getməyi planlaşdırır.

Bazar günü mühəndislər Sehvan şəhərini və yaxınlıqdakı bir neçə kəndi iyunun ortalarından bəri 1,6 milyon evə ziyan vuran daşqın sularından qorumaq üçün Mançar gölünün kənarlarındakı bəndi kəsib.

Xarici işlər naziri Bilaval Bhutto ilə baş nazir Şahbaz Şərif Hind çayı üzərində Sukkur şəhərində görüşüb və oradan onlar helikopterlə daşqın bölgələrinə gedib. Vilayətin baş naziri Murad Əli Şah daşqınların Sinddə vurduğu zərər barədə Şahbaz Şərifə məlumat verib.

Hökumətin hesablamalarına görə, daşqınlar 220 milyon əhalisi olan ölkədə 3,3 milyondan çox insana təsir edib, dağıntılar nəticəsində vurulan zərər isə 10 milyard dollar təşkil edib. Pəncab, Sind, Bəlucistan və Xayber Paxtunxva vilayətləri ən çox zərər çəkib. Ölənlərin əksəriyyəti qadın və uşaqlar olub.

Keçən həftə Birləşmiş Ştatlar Pakistanda daşqın qurbanlarına 30 milyon dollarlıq yardım elan edib. Hökumətin bildirdiyinə görə, bazar ertəsi Konqresin iki üzvü - Şeyla Cekson və Tom Suzi Pakistan rəsmiləri ilə görüşüb və bəzi zərər çəkmiş bölgələrə baş çəkib.

Pakistanın keçmiş Baş naziri İmran Xan bazar ertəsi Sukkur şəhəri də olmaqla, Sindin daşqınlardan zərər çəkmiş bəzi bölgələrinə gedib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG