Accessibility links

Pakistan hökumətinin nümayəndələri Taliban təmsilçiləri ilə müzakirələr keçirir


Pakistan hökumətinin nümayəndələri ölkədə on ildən artıqdır davam edən zorakılıqlara son qoyulması məqsədi ilə Taliban təmsilçiləri ilə müzakirələr keçirir.

Hökumətin vasitəçisi İrfan Siddiqi müzakirələr gününü nailiyyətli gün adlandırıb. Hökumətin nümayəndə heyəti dialoqun davam edirildiyi müddətdə atəşkəsin qüvvədə olmasını tələb edib.

Ölkənin şəriət qanunları ilə idarə edilməsini istəyən Taliban isə həbsdə olan döyüşçülərinin azadlığa buraxılmasını istəyir.

Tələblərin hər ikisi də Pakistan qanunlarına ziddir. Siddiqi bildirib ki, Taliban nümayəndələri təkcə öz tələblərinin qarşılanmasını istəmir, onlar bizim də tələblərimizi rəhbərliklərinə çatdıracaqlarına söz verib.

Taliban təmsilçiləri ölkə liderləri, o cümlədən baş nazir Nəvaz Şərif, ordu komandanı Rahil Şərif, kəşfiyyat xidmətinin rəhbəri Zahir Ül-İslamla da görüşmək istəyir.

Vaşinqtonda yerləşən Strateji Araşdırmalar İnstitutunun təhlilçisi Maykl Kofman Talibanın müzakirələrə qoşulmasını ğzünə hərbi əməliyyatların dayandırılması cəhdi kimi qiymətləndirir.

Təhrike-Taliban islamçı yaraqlıların Pakistandakı qruplaşmasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG