Accessibility links

Pakistan ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində 5 nəfərin öldüyünü bildirir


Pakistanın Əfqanistanla sərhədi yaxınlığında ABŞ-ın pilotsuz təyyarəsi tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücum nəticəsində azı beş nəfərin həyatını itirdiyi bildirilir.

Pakistan rəsmiləri bildirib ki, pilotsuz təyyarə Şimal Vəziristan bölgəsində bir neçə raket hücumu həyata keçirib. Bu həftə Pakistan ordusu həmin regionda yaraqlılara qarşı əməliyatlar keçirildiyini bildirmişdi.

Həlak olanların kimliyi barədə hələlik məlumat verilməyib.

Pakistan rəsmiləri əməliyyatların başladığı bazar günündən bu günə qədər 187 yaraqlının öldürüldüyünü bildiriblər.

Əməliyyat keçən həftə Kəraçı hava limanına edilən hücuma cavab olaraq keçirilir. Həmin hücum zamanı 10 yaraqlı daxil olmaqla 40 nəfər həlak olmuşdu.

ABŞ Pakistanda keçirdiyi pilotsuz təyyarələrin uçuşları barədə ictimaiyyətə nadir hallarda məlumat verir.

Pakistan rəsmiləri pilotsuz təyyarələrin hücumlarının dekabr ayında qadağan edilməsindən sonra yaxın günlərdə yenidən bərpa edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG