Accessibility links

Pakistanda hərbi əməliyyatlar başlayandan 900-dən çox yaraqlı öldürülüb


Pakistan hərbçiləri iyun ayında Əfqanıstanla sərhəddə qəbilələrin yaşadığı regionda hərbi əməliyyatlar başlayandan 900-dən çox yaraqlının öldürüldüyü, hərbi qüvvələrin 82 əsgərinin həlak olduğunu bildirib.

Hərbi qüvvələrin bəyanatında deyilir ki, hərbçilər Miranşahda mərkəzi administrasiya daxil olmaqla Şimali Vəziristanda terrorçuların bazalarını məhv edib.

Ordu rəsmiləri bomba istehsal edilən 27 zavodun məhv edildiyini, silahlar və rabitə avadanlığının ələ keçirildiyini bildirb.

Yer və hava hücumları 800 min insanı ərazidən qaçmağa və Pakistanın şimal-qərb bölgəsinin şəhərlərində müvəqqəti sığınacaqlarda məskunlaşmsına səbəb olub.

Hərbçilər evlərindən məcburi köçkünlərə yardım əməliyyatlarının davam etdirildiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG