Accessibility links

Pakistanda bomba hücumu nəticəsində beş nəfər ölüb


Pakistan rəsmiləri ölkənin şərqində yerləşən Lahor şəhərində polis idarəsinin qarşısında intiharçının törətdiyi bomba hücumunun beş nəfərin ölümünə, bir çox insanın yaralanmasına səbəb olduğunu bildirib.

Televiziyada qüdrətli partlayış nəticəsində yaxınlıqdakı binaların pəncərələrin şüşələrinin sındığı, küçədə saxlanmış avtomobillərin alovlandığını göstərən kadrlar nümayiş etdirilib. Polis qüvvələrinin bir rəsmisi mətbuata intiharçının polis idarəsinə daxil olmağa çalışdığını, lakin güclü mühafizəyə görə buna nail olmadığını deyib.

Partlayışa görə məsuliyyəti öz üzərinə Pakistanda Taliban hərəkatından ayrılmış Cəmaatul Əhrər qrupu götürüb. Qrup bunun son vaxtlar bir neçə üzvünün asılaraq öldürülməsinə cavab olaraq qisas kimi dəyərləndirib. Qrupun sözçüsü Əhsənullah Əhsən deyib ki, belə hücumlar Pakistanda şəriət qanunu tətbiq edilməyənə qədər davam edəcək.

XS
SM
MD
LG