Accessibility links

Pakistanda çinli mühəndislərə qarşı intiharçı bomba hücumu olub


Şənbə günü Pakistanın cənub-qərbində baş verən intiharçı bomba hücumu nəticəsində azı beş nəfər yaralanıb. Onlar arasında iki çinli mühəndis də var. Bundan əlavə isə naməlum silahlı şəxs ölkənin Çinlə sərhəd regionunda üç polis nəfərini öldürüb.

Baluçistan əyalətinin hüquq-mühafizə orqanları bomba hücumunu törədən şəxs partlayıcılarla dolu maşınını Dalbandin şəhəri yaxınlığında mədənçilik layihəsindən geri dönən çinli işçilərdən ibarət komandanın avtobusu yaxınlığında partladıb.

Xəsarət alanlar arasında avtobusun sürücüsü və xarici işçləri qoruyan iki yerli yarı-hərbi qoşun olub. Yerli rəsmilər deyib ki, qurbanların heç biri həyat üçün təhlükəli xəsarətlər alıb və onların hamısının “vəziyyəti sabitdir”.

Ərazi polisi bildirib ki, yarı-hərbi qüvvələr hücumun həyata keçirilməsinə yardım edənlərin axtarış əmliyyatına başçılıq edir. Zorakılığın məsuliyyətini Baluçistan Azadlıq Ordusu adlı separatçı qrup üzərinə götürüb.

Minerallarla dolu Baluçistan

Pakistan Saindak Mis-Qızıl mədəni adlı layihəni Çinin Metallurgiya Korporasiyasına icarəyə verib. Şaxtalar Əfqanıstanla İran sərhədindəki Çağı vilayətində yerləşir.

Təbii ehtiyatlarla zəngin Baluçistan Pakistanın dörd ən böyük əyalətindən biridir. Əyalətdə fəal olan islamçı militantlar və Baluç qiyamçıları müntəzəm olaraq təhlükəsizlik qüvvələri və dövlət layihələrinin işçilərinə qarşı hücumlar həyata keçirir.

İslam Dövləti əyalət paytaxtı Qetta şəhəri də daxil olmaqla Baluçistanda baş verən hücumların məsuliyyətini üzərinə alıb.

Terror qrupu həmçinin ötən il şəhəri ziyarət edən çinli cütün oğurlanıb, öldürülməsinin də məsuliyyətini üzərinə alıb.

Baluçistan Çin-Pakistan İqtisadi Dəhliz kimi tanınan ikitərəfli multi-milyard dollarlıq əməkdaşlıq sazişinin mərkəzindədir.

Pakistan odusu layihəni və orada iştirak edən çinliləri mühafizə etmək üçün minlərlə işçidən ibarət xüsusi qüvvə yaradıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG