Accessibility links

Pakistanda 1.5 milyon insan evsiz qalıb


Ölkənin şimal-qərbində daşqınlar nəticəsində 250 mindən çox ev dağılıb

Pakistan rəsmiləri bildirir ki, ölkənin şimal-qərbində daşqınlar nəticəsində 250 mindən çox ev dağılıb və ya yararsız hala düşüb. Onların sözlərinə görə, bu isə 1-1.5 milyon insanın evsiz qoyub. Təbii Fəlakətlərlə Mübarizə İdarəsi bu günədək insanların 50 min çadırla təmin olunduğunu bildirib. Cenevrədə yerləşən Beynəlxalq Miqrasiya Təşkilatı hökumət və himanitar yardım agentliklərinin təcili sığınacaq verilməsi səylərini koordinasiya edir.

Təşkilatın İslamabadda təcili yardım bürosunun rəhbəri Brayan Kelli deyir ki, çoxsaylı insanın hələ də leysan yağışlarından qorunmaq üçün sığınacağı yoxdur: "Çoxsaylı insan evsiz qalıb Yalnız Xeybər Paxtunxvada 310 fərqli məkanda insanlar məktəblərə, məscidlərə, hökumət binalarına, hərbi kazarmalara, stadionlara və s yerlərə köçüblər. Habelə 5 qeyri-rəsmi düşərgə, o cümlədən yol kənarından yerləşən 100-ə yaxın müvəqqəti yaşayış massivi var. Çünki yollar ətraf ərazilərdən daha hündürdə yerləşir".

Kelli deyir ki, xüsusilə spontan ərazilərdə yaşayan insanlara çadırların çatdırılması mühümdür. O, beynəlxalq ictimaiyyətə üz tutaraq mümkün qədər tez bir zamanda Pakistana çadırlar göndərməyə çağırıb.

XS
SM
MD
LG