Accessibility links

Pakistan daşqınlarında təxmin edildiyindən iki dəfə çox insan evsiz qalıb


BMT-nin bildirdiyinə görə, Pakistanda daşqışlar təşkilatın təxmin etdiyindən iki dəfə çox insanın evsiz qalmasına səbəb olub. Hazırda 4 milyon insanın didərgin düşdüyü deyilir

BMT-nin bildirdiyinə görə, Pakistanda daşqınlar təşkilatın təxmin etdiyindən iki dəfə çox insanın evsiz qalmasına səbəb olub. Hazırda 4 milyon insanın didərgin düşdüyü deyilir. Açıqlama bu gün BMT-nin Baş Assambleyasının Pakistanla bağlı yığıncağından əvvəl verilib. Ötən həftə Pakistana səfər edən BMT-nin baş katibi Ban Ki Mun yığıncaqda oradakı vəziyyətlə bağlı çıxış etməlidir. BMT-nin bügünkü sessiyasında ABŞ dövlət katibi Hillari Klinton Amerikanın Pakistana yardımlarını artıracağını bəyan etməlidir. Assambleyada çıxış edənlər arasında Pakistanın xarici işlər naziri Şah Mehmud Qureyşi də olacaq.

XS
SM
MD
LG