Accessibility links

Pakistanda partlayış nəticəsində 20 əsgər həlak olub


Bannu, Pakistan
Bannu, Pakistan
Pakistanın şimal-qərbində rəsmilər deyir ki, hərbi konvoyu hədəf alan hücum zamanı 20 Pakistan əsgəri həlak olub, 30 əsgər isə yaralanıb.

Partlayış bu gün hərbi konvoy hər həftə olduğu kimi Bannu şəhəri tərk etməyə hazırlaşan zaman baş verib. Əsgərlər Əl-qaidəyə bağlı yaraqlıların istehkamı hesab edilən ucqar Şimali Vəziristan regionuna yola düşməyə hazırlaşırdılar.

Ordu rəsmiləri deyir ki, partladılan avtomobil yerli Bannu sakinindən icarəyə götürülübmüş. Ordu oxşar hadisənin tez-tez baş verdiyini bildirib.

Hücumun məsuliyyətini öz üzərinə götürən Taliban qruplaşmasının sözçüsü deyib ki, gələcəkdə belə hücumlar daha çox həyata keçiriləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG