Pakistanın Mardan şəhərində intiharçı hücumu nəticəsində 21 nəfər həlak olub, 20-dən çox insan isə yaralanıb.
Paytaxt İslamabaddan şimal-şərqdə olan Mardan şəhərindəki partlayış Milli Məlumat və Qeydiyyay İdarəsi kimi yanınan hökumət idarəsinin qarşısında baş verib. İdarə əsasən vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə məşğul olur.
Mardan Bölməsinin baş müfəttiş müavini Səid Vəzir yerli mediaya bildirib ki, hücumçular motosikletlə olub və təhlükəsizlik qapısının önünə çatanda üzərilərindəki partlayıcı jileti işə salıblar. O, əlavə edib ki, rəsmilər bombanı partladan şəxsin qalıqlarını götürüblər və istintaq davam edir.
Hadisə baş verəndən dərhal sonra yaralılar xəstəxanaya çatdırılıv. Şahidlərin məlumatına görə, onlar insanların bədən hissələrinin yayıldığını görüblər. Yaralıların bəzilərinin vəziyyətinin ağır olması ölənlərin sayının artacağı ehtimallarını daha da çoxaldır.