Pakistan polisi İslamabadda polis və nümayişçilər arasında baş verən qarşıdurma işıqlandırmağa çalışan jurnalistlərə və televiziya işçilərinə hücum edib.
Amerikanın Səsinin Pakistan paytaxtındakı müxbiri Ayaz Gül deyir ki, Pakistan mətbuat orqanlarından bir neçə kameraman yaralanıb və polis jurnalistlərə ağır xəsarətlər yetirib.
Baş nazir Nəvaz Şərifə yaxın nazirlərdən biri jurnalistlərə hücumu pisləyib.
Pakistanın hərbi qərargahlar rəisi, general Rahil Şərif ölkədə baş qaldıran zorakılıqlarla bağlı bu gün korpus komandirləri ilə növbədənkənar iclas çağırıb.
Nümayişçilər 2013-cü ilin mayında Nəvaz Şərifi hakimiyyətə gətirən seçkilərdə kütləvi saxtakarlıqların baş verdiyini bildirərək cənab Şərifin istefasını tələb edirlər. Beynəlxalq müşahidəçi isə o zaman seçkilərin əsasən azad və ədalətli keçirildiyini bildirmişdi.