Pakistan rəsmiləri yük təyyarəsinin Kəraçi şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 12 adamın öldüyünü xəbər verir. Rusiya istehsalı olan İlyuşin-76 markalı təyyarə Gürcüstanın Sunway şirkəti tərəfindən idarə olunurdu. Təyyarə havaya qalxdıqdan az sonra Kəraçinin yaşayış sektorunda yerə düşüb. Polis 7 ukraynalının da daxil olduğu 8 ekipaj üzvünün hamısının həlak olduğunu bildirib. Yerdə olan dörd fəhlə də həlak olub. Aviasiya rəsmiləri təyyarənin Sudan paytaxtı Xartuma humanitar yardım daşıdığını bildirib.