Pakistanda sui-qəsd qurbanı olmuş keçmiş baş nazir Benəzir Bhuttonun oğlu anasının demokratiya uğrunda mübarizə yolunu davam etdirmək məqsədilə siyasi karyeraya başladığını elan edib.
Benəzir Bhuttonun ölümünün beşinci ildönümünün qeyd edildiyi mərasimində danışan Bilaval Bhutto Zardari Pakistan Xalq partiyasının yoxsulların müdafiə edəcəyini və Pakistanı terrorçulardan qoruyacağını bildirib.
Benəzir Bhutto 2007-ci ildə dekabrın 27-də Ravalpindi şəhərində kampaniya apardığı zaman intihar hücumu nəticəsində həyatını itirmişdir. Xanım Bhutto ümummilli seçkilərdə Pakistan Xalq Partiyasının lideri kimi iştirak etmişdi. Benəzir Bhuttonun ölümündən bir qədər sonra onun həyat yoldaşı Asif Əli Zərdari ölkə prezidenti olmuşdur.
Oksford universitetini bitirən 24 yaşlı Bilaval Bhutto Zərdari gələn il seçkilərə qatılmaq üçün olduqca gəncdir. O, Pakistan Xalq Partiyasına atası, prezident Zərdari ilə birlikdə həmsədrlik edir. Partiya korrupsiyada ittiham edilərək, xalq arasında böyük etimada malik deyil.