Pakistan rəsmilərinin bildirdiyinə görə, NATO-nun yanacaq tankerinə bomba hücumu partlayış və yanğına səbəb olub.Hadisə zamanı 15 nəfər həlak olub. Ölənlər Xayber vilayətində partlayışdan sonra yanacaq toplamağa çalışan insanlardır. Həmin regionda bundan əvvəl NATO-nun 14 yük maşını hücuma məruz qalmışdı. Hadisə zamanı xəsarərt alan olmamışdı. Dünən Pakistanın Peşəvər şəhərində ABŞ-ın konsulluq konvoyuna qarşı hücumun məsuliyyətini Taliban üzərinə alıb.