Accessibility links

İŞİD Suriyanın qədim Palmira şəhərində girov saxladığı 12 nəfəri öldürüb


İŞİD Suriyanın qədim Palmira şəhərində girov saxladığı 12 nəfəri öldürüb. Onların bəziləri romalıların amfiteatrında qətlə yetirilib.

Ekstremist qrup şəhəri dekabr ayında, Rusiyanın dəstəyi ilə həyata keçirilən hücumlardan 9 ay sonra hökumət qüvvələrinin əlindən alıb.

Palmira İŞİD-in nəzarəti altına ikən amfiteatr ictimai qətl məkanına çevrilmişdi. 25 nəfərin Suriya əsgərlərini güllələdiyi nümayiş etdirilən videoda amfiteatrın sütunları aydın görünürdü.

İslam Dövləti yaraqlıları şəhərin qədim abidələrini dağıdıb. Mart ayında hökumətin hücum etdiyi şəhərdə demək olar ki, əhali qalmamışdı.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, öldürülən 12 nəfər şəhəri tərk etməyə çalışdıqda ələ keçirilib.

Qrup şəhərin müzeylərinin birində 4 müəllim və hökumət məmurlarının başının kəsildiyini xəbər verib. Digər 4 müxalifət döyüşçüsü və 4 hökumət tərəfdarı əsgər amfiteatrda güllələndikdən sonra başları kəsilib.

Qrupun bildirdiyinə görə Suriyanın Deir Əl-Zur şəhərində 6 hökumət əsgərinin kəsilmiş başları asılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG