Accessibility links

BMT: Pandemiya dünya boyu insan haqlarını sarsıdır


Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya ölkələrinı öz vətəndaşları üçün daha yaxşı bir gələcək əldə etmək naminə koronavirusla mübarizədə insan haqlarını diqqət mərkəzində saxlamağa çağırır.

Cümə axşamı Beynəlxalq İnsan Haqları Gününə həsr olunmuş televiziya müraciətində Baş Katib Antonio Quterreş COVID-19 pandemiyası səbəbindən tibb işçiləri, əlillər, qadınlar və qızlar da daxil olmaqla azlıqlara disproporsional şəkildə təsir göstərib.

Virus “yoxsulluq, bərabərsizlik, ayrıseçkilik, təbii mühitimizin məhv edilməsi və digər insan haqları uğursuzluqları səbəbindən inkişaf edərək cəmiyyətlərimizdə böyük çatışmazlıqlara səbəb oldu,” deyə Quttereş eyni zamanda pandemiyanın "liderlərə vətəndaş və media azadlığını məhdudlaşdıran repressiv tədbirlərə imkan verən ağır təhlükəsizlik tədbirləri görmək üçün bəhanə yaratdığını" bildirib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Başele çərşənbə günü Cenevrədə söylədiyi nitqdə bildirb ki, bir çox ölkələrin bu virusa ciddi yanaşmaması və yayılmasının qarşısını almaq üçün kifayət qədər cəld hərəkət etməməsi, dünya iqtisadiyyatı ilə bərabər bir sıra insan haqları sahəsində sarsıntılara bais olub.

"Pandemiyanı bu şəkildə siyasiləşdirmək məsuliyyətsizdir - tamamilə qınanılır," Başele bildirib. "Elmi sübutlar və proseslər gözardı edildi və konispirasiya nəzəriyyələri ortaya atılaraq onların geniş yayılmasına şərait yaradıldı."

Çilinin keçmiş prezidenti olan Başele bildirib ki, bu addımlar dünyanın ən yoxsul və qorunmayan zümrəsinə mənsub insanlarının - ələlxüsus “beş illdir münaqişə, dağınıtlar, xəstəliklər, mühasirələr, pulsuzluq” problemindən əziyyət çəkən Yəmən kimi “münaqişə ölkələrində” ayrıseçkiliyə, sistemik irqçiliyə məruz qalmasına səbəb oldu.

Hazırda dünya ən azı bir etibarlı və təsirli COVID-19 peyvəndi ərəfəsində olsa da, Başele bunun pandemiyanın yaratdığı sosial-iqtisadi fəsadların qarşısını almayacağını və ya onlara məlhəm olmayacağını bildirir. O, buna nail olacaq yeganə şeyin əsas maddələrinin Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş İnsan Haqları Bəyannaməsində yer alan “insan haqları peyvəndi” olduğunu deyib.

Cons Hopkins Universitetinin məlumatlarına görə hazırda dünya miqyasında pandemiya azı 68 milyon insanın COVID-19 virusuna yoluxmasına və 1,5 milyondan çox insanın bu səbəbdən ölümünə bais olub.

XS
SM
MD
LG