Fransanın şərqindəki Reyms şəhərinin meri bildirib ki, ekstremistlər üçün ziyarətgaha çevriləcəyinə dair narahatlıqlara baxmayaraq, satirik Charlie Hebdo jurnalının Parisdəki ofisinə hücumda iştirak edən islamçı qardaşlardan biri Reyms şəhərində dəfn olunub.
Arnaud Robinetin sözlərinə görə, Səid Kouaçi dünən gecə saatlarında basdırılıb.
Mer deyib ki, əvvəlcə o, qəbrin "fanatiklər"i özünə cəlb etməsini istəmədiyi üçün Kouaçinin Reymsdə basdırılmasının əleyhinə olsa da, sonrada Fransa qanunlarının tələblərinə əsasən onun şəhərdə basdırılmasını qəbul edib. Fransa qanunlarına görə, ölən şəxs sonuncu dəfə qeydiyyatda olduğu şəhərdə torpağa tapşırılmalıdır.
Rəsmilər deyir ki, Kouaçinin qəbri qeyri-müəyyən saxlanır və qəbiristanlığın adı da ictimaiyyətə açıqlanmayacaq.